17 Dekabr 2015 13:25
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası yaradılmasına dair müqavilənin dayandırılması haqqında qanun layihəsini müzakirə üçün Dövlət Dumasına təqdim edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dumanın birinci vitse-spikeri İvan Melnikov bildirib.

Onun szölərinə görə, qanun layihəsi dekabrın 22-də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ötən gün Putin 2016-cı ilin yanvarın 1-dən Ukrayna ilə azad ticarət zonasının yaradılması haqqında müqaviləsinin ləğvi barədə fərman imzalayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər