18 Dekabr 2015 02:35
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2016-cı ilin yanvarında İranın üzərindən sanksiyaların bir qismini götürə bilər. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinə məktubunda dövlət katibi Con Kerri qeyd edib.


Kerri rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri icra etdiyini qeyd edərək, İranın artıq nüvə silahının istehsalı ilə məşğul olmadığını vurğulayıb.

Ötən gün Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, ABŞ İranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab edəcəyi təqdirdə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.


Müəllif: