19 Dekabr 2015 01:24
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, söhbət zamanı ABŞ lideri türkiyəli həmkarını İraqla münasibətlərdə gərginliyin azaldılması üçün səy göstərməyə çağırıb.

Obama həmçinin Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırıb.

Dövlət başçıları İŞİD-ə qarşı mübarizə və Suriyadakı vəziyyəti də müzakirə edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırmışdı.


Müəllif: