İranda xristianlığı qəbul edən 10 nəfər saxlanılıb.
Publika.az İran mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslərin evlərindən xristianlığı təbliğ edən kitablar, peyk antena və bir sıra əşyalar götürülüb.
ETTELAAT-ın Şiraz şöbəsinin mülki geyimli əməkdaşları dekabrın 25-də İsanın doğum günü və milad bayramı münasibətilə “Ev kilsəsi” şəraitində keçirilən dini mərasimə basqın edərək 10 nəfəri tutaraq naməlum istiqamətə aparıblar.
Şəxslərin hazırda harada saxlanıldığı və onların konkret nədə günahlandırıldığı hələlik məlum deyil.