Əfqanıstanda Türkiyə vətəndaşlarına aid bir dükana hücum nəticəsində 2 türk həyatını itirib, 2-si isə yaralanıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, hücum dükan sahibləri ilə şəhərə gələn sərmayəçilərin görüşü əsnasında baş verib. Hadisə zamanı 2 Türkiyə vətəndaşı yaralanıb, sərmayə yatırmaq üçün Almaniyadan gələn 2 türk vətəndaşı isə dünyasını dəyişib.
Polisdən verilən məlumata görə, hadisə terror hücumu deyil, şəxsi münasibətlərdə problem yaranması ilə bağlıdır.
Hadisədən təxminən 1 saat sonra şəhərin başqa bölgəsində bir Türkiyə vətəndaşı isə qaçırılıb. Yaşanan hadisələrin ardından polis türklərə evlərindən çıxmamağı tapşırıb. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi açıqlanıb.
Nihad