Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantını saxlayıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, polkovnik-leytenant Yuri İvançenko Rusiya təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməyə çalışıb:
"Saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanının əməkdaşlarının Rusiyaya girişinin qadağan olunmasına baxmyaraq, bura qohumlarını ziyarət adı altında gəlib. Dərhal xüsusi əməliyyat həyata keçirilib və İvançenko yaxalanıb. O, gizli yollarla Kiyevdən məxfi məlumatları gətirəcəyi ilə bağlı Rusiya FTX-sini inandırmağa çalışıb".
Hazırda faktla bağlı araşdırmalar aparılır. Onun yaxın müddətdə Rusiyadan Ukraynaya deportasiya ediləcəyi və ölkəyə girişinin qadağan olunacağı bildirilib.
Samir