16 İyun 2014 00:28
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada dəmiryolçuların dövlətin planlaşdırdığı islahatlara qarşı keçirdiyi tətil 6-cı gününə qədəm qoyur.

ANS PRESS-in məlumatına görə, yaranmış vəziyyət bir sıra reyslərin təxirə salınmasına və gecikməsinə yol açıb. Ötən gün Parisin Qare-De-Lion dəmiryolu vağzalında yüzlərlə insan qatar gözləyib. Reyslərin çoxu azı 2 saat ləngiyib. Stansiyalara daxil olan qatarlar kifayət qədər yer qalmadığından əllərində bilet olan bir çox sərnişinlər vaxtında yola çıxa bilməyib. Kütləvi tətilin bugün ölkədə keçirilən buraxılış imtahanlarını alt-üst edə biləcəyi təhlükəsi var.

Attestat almağa çalışan minlərlə şagirdin imtahan mərkəzlərinə vaxtında gəlməsi çətinləşə bilər. Dəmiryolu reyslərinə nəzarət edən EESF şirkətini imtahanlarda vaxtla bağlı gecikmələrin olmaması üçün, xüsusi ölçülər götürməyə, şagirdlərə bələdçilik xidməti göstərilməsinə əlavə 10 min işçini səfərbər etməyə söz verib. Bundan başqa Fransa höküməti elan edib ki, imtahanlara 1 saata qədər gecikən şagirdlərə əlavə vaxt veriləcək.

Dəmiryolçuların tətilə çıxmasına səbəb dövlətin balasında olan dəmiryolu şirkətinin özəlləşdirilməsi və başqa bir şirkətlə birləşməsi ilə bağlı planlar olub. Həmkarlar ittifaqları öz tələblərində israrlıq qalaraq, gələn həftə parlamentdə dəmiryolu islahatları ilə bağlı müzakirələrin təxirə salınmasını tələb edir. Onlar özəlləşmənin iş şəraitini pisləşməsi və ixtisarlarla nəticələnəcəyindən ehtiyat edir.


Müəllif: