ABŞ prezidentliyinə Respublikaçıların vahid namizədi, biznesmen Donald Trump noyabrda keçiriləcək seçkilərdən öncə vergi bəyannaməsini açıqlamayacağını bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 8 noyabrda keçiriləcək 58-ci prezident seçkilərində iştirak edəcək Trump "bəyannamədə öyrəniləcək bir şey yoxdur" deyə, qeyd edib.
1976-cı ildən bu yana ABŞ-da keçirilən prezident seçkilərində namizədlər gəlirləri barədə ictimaiyyətə məlumat veriblər. Demokratların namizədi Hillari Klinton bir neçə dəfə vergi bəyannaməsini açıqlayıb.
Trump CNBC kanalına müsahibəsində bildirib ki, prezident seçilərsə sahibkarların vergi yükünü azaldacaq: "Mən özüm də az vergi verilməsinin tərəfdarıyam. Çünki iş adamıyam. Üstəlik ödədiyimiz vergilərin xərclənmə tərzini bəyənmirəm. Triliyonlarla pul boş-boşuna xərclənir".
Ayxan