2 İyun 2016 12:24
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim AK Parti Adana millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar Almaniya federal parlamenti tərəfindən bu gün müzakirə ediləcək qondarma “erməni soyqırımı” barədə qanun layihəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-a daxil olan açıqlamada N.Ünüvar Osmanlı imperiyasının son illərinin hansı din və etnik kökəndən olursa-olsun, türk, kürd, ərəb, erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dönəm olduğunu vurğulayıb. Millət vəkili açıqlamada “Adil bir insani və vicdanlı davranış din və etnik kökən fərqinə varmadan bu dönəmdə yaşanmış bütün acıları anlamaq üçün yetərlidir. Ancaq acıları anlamaq yerinə yersiz və dayanıqsız iddialarla çıxış etmək acıları anlamaq deyil”, deyə bildirib.

Millət vəkili bildirib ki, Osmanlı imperiyası vətəndaşı olan hər kəs kimi ermənilərin də o dönəmdə yaşadıqları acıların xatirələrini anmalarını anlamaq və paylaşmaq bir insanlıq vəzifəsidir: “Türkiyədə 1915-ci il olayları ilə bağlı fərqli görüş və düşüncələrin sərbəst ifadə edilməsi plüralizmin, demokratiya mədəniyyətinin və müasirliyin gərəyidir. 1915-ci ilin siyasi şərtləri altında yaşanan olaylar haqqında gerçək dəyərləndirməni aparmalı olanlar siyasətçilər deyil, tarixçilərdir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi biz Türkiyə dövləti olaraq bütün arxivlərimizi açmağa hazırıq. Bir milyona yaxın sənəd və məlumatın obyektiv və tərəfsiz tarixçilər tərəfindən incələnməsini təklif edirik.

Bu gün 1915-ci il olaylarını parlamentdə müzakirə edəcək Almaniyaya səslənirəm. Bu iş siyasətçilərin deyil, tarixçilərin işidir. 1915-ci il siyasi olaylarının baş verdiyi zaman Osmanlının müttəfiqi olan Almaniyanın bu təşəbbüsü iki ölkə arasındakı əlaqələri mümkünsüz hala gətirəcək. Prezidentimizin çağırışına cavab verib arxivlərimizi tərəfsiz tarixçilərin incələməsi üçün ortam hazırlamaq Almaniyanın beynəlxalq arenada etibarını artıracaq bir təşəbbüs olar. Almaniya federal parlamentini təmkinli davranmağa dəvət edirəm”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər