21 Oktyabr 2020 23:06
10 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın öz "Facebook" səhifəsində güclü Azərbaycan ordusunun qarşısında dayanmaq üçün təklif etdiyi fəaliyyət planı ermənilər tərəfindən qəzəblə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Paşinyanın planı aşağıdakı kimidir.

Addım 1. Könüllülər dəstəsi yaradın (ən azı 30 nəfərdən ibarət).
Addım 2. Bir komandir seçin.
Addım 3. Yerli hərbi komissarlıq ilə əlaqə saxlayın.
Addım 4. Hərbi hissələrin birində təhsili tamamlayın.
Addım 5. Vətəni qorumaq üçün cəbhə bölgəsinə gedin.
Addım 6. Qələbə.

Bu cür bəsit, ibtidai düşüncədən doğan "hərbi plan" Paşinyanın doğrudan da, düşük "zəka" sahibi olduğunu təsdiq etdi.

Ermənilərin Paşinyanın bu planına reaksiyası belə olub.

"İndiki məqamda qələbə qazanmaq üçün 6 addım kifayətdirsə, o zaman buyurun, ilk addımı elə siz atın. Bəsdir bizləri öldürdüz! Əli silah tuta bilməyən insanları ölümə göndərirsiz! Özünüz gedin savaşın. Biz hamımız vətənimizi sevirik, amma siz bizləri düşünmürsüz, ölümə göndərirsiz!" - deyə şərhlərdə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər