30 Noyabr 2020 15:18
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın ofisi qarşısında əsgər valideynlərinin aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, hərbçilərin valideynləri baş nazirdən hərbi xidmətdə olan övladlarının Qarabağdan çıxarılaraq Ermənistan ərazilərinə gətirilməsini tələb edirlər.

Aksiyada iştirak edən əsgər anası Asmik Qriqoryan bəyan edib ki, oğlu Suqovuşan, Cəbrayıl və Hadrutdakı müharibədə iştirak edib: “Onlar yanvar ayında təxris olunmalıdır. Mənim övladım da onların arasındadır. Xahiş edirəm, uşaqlarımızı bir ay əvvəl təxris edin. Onlar böyük müharibədə iştirak ediblər, dostlarını itiriblər. Geçələri hərbi postlarda, küçələrdə keçiriblər. İndi də məktəblərdə yerdə yatırlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər