8 Dekabr 2020 12:33
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Mehri şəhərindən Naxçıvanı Azərbaycanla birləşdirəm dəhlizin qurulmasına icazə verib. Türklər bunu 100 ildir xəyal etdilər və indi Böyük Turan yaratmaq fikrini həyata keçirmək imkanına sahib olurlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri Demokrat Partiyasının sədri Aram Sərkisyan deyib.

Partiya sədri bu təhlükə və proseslərin dayandırılmalı olduğunu qeyd edib.

“Aleksand Radov adlı bir nəfər bu yaxınlarda Qarabağa gedib və qohumları vasitəsilə müəyyən edib ki, 300-ə yaxın gənc hazırda Azərbaycanın nəzarətində olan meşələrdə gizlənir. Onlar ərazidən çıxmağa çalışırlar, amma heç kim onlara kömək edə bilməz. Çünki Ermənistan hakimiyyəti acizdir”,-Demokrat Partiyasının sədri deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər