5 Sentyabr 21:25
2 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qərbə inteqrasiyası, Rusiyadan uzaqlaşması təkcə Moskva ilə yox, Minsklə də getdikcə artan ziddiyyətlərə səbəb olur. Belarusla Azərbaycan arasında sıx əlaqələrə görə onsuz da gərgin olan Belarus-Ermənistan münasibətlərində yeni mərhələ Aleksandr Lukaşenkonun bir sıra sərt bəyanatlarından sonra başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Deutsche Welle” yazır.

Almaniya nəşri Belarus liderinin ermənilərlə bağlı son açıqlamasına diqqət çəkir:

“Ermənistanda sözləri tez-tez Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilən Lukaşenko ironik şəkildə bildirib: “Ermənilər kimə lazımdır? Bizdən başqa heç kimə. Nə Fransa, nə Makron – sabah heç biri olmayacaq, hamı o Ermənistanı unudacaq”.

Bu sözlər erməni cəmiyyətində hiddətə səbəb olub. Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib: binaya yumurta, pomidor, kartof atılıb, “Ermənistandan get” şüarı səsləndirilib.

Erməni analitik Boris Navasardyan Ermənistan-Belarus qarşıdurmasının kəskinləşməsinin iki əsas səbəbini qeyd edib: “Birincisi Ermənistan-Rusiya münasibətlərində artan gərginlik, ikincisi Belarusun Azərbaycanla yaxın münasibətləri”.

DW-nin danışdırdığı digər erməni politoloq Sergey Melkonyanın fikrincə, Belarusla münasibətlərin pisləşməsi Ermənistanın xarici siyasətindəki dəyişiklik və Rusiyadan uzaqlaşma kursu ilə əlaqəlidir:

“Ermənistan bu mənada Qərbin dəstəyini gözləyir, əgər İrəvan rəsmi müttəfiqləri ilə münasibətlərini pisləşdirsə, o zaman yeni müttəfiqlər əldə etməlidir. Məsələn, ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər