2 Sentyabr 22:32
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı siyasətini yumşaltmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Nəşr baş nazirin sonuncu mətbuat konfransında Rusiya ilə bağlı verdiyi açıqlamaya diqqət çəkib:

“Mətbuat konfransında Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak”ın jurnalisti ona sual verdi ki, sülh müqaviləsinin imzalanması anı nə qədər yaxınlaşırsa, Rusiyanı bir o qədər əsəbləşir, Moskva iqtisadi sanksiyalar tətbiq edərsə, Ermənistan buna nə dərəcədə hazırdır?

Paşinyan əvvəlcədən hazırlanmış suala cavab verib ki, başqa ölkələr haqqında, xüsusən də Rusiya kimi dövlət barədə təhqir və istehza dili ilə danışmaq olmaz: “Məncə, tərəfdaşımız Rusiya haqqında pis dillə danışmaq düzgün deyil. Mən Vladimir Putinlə ünsiyyət qururam və bizim iş janrımız qarşılıqlı hörmətdir. Rusiyaya qarşı bu lüğəti qəbul etmirəm. Problemləriniz ola bilər, bunlardan danışmaq və səsini ucaltmaq olar, amma hər hansı ölkə haqda belə danışmaq yanlışdır”.

Nikol Paşinyanın bu açıqlaması əsas verir ki, hakimiyyət aylardır gücləndirdiyi və bəslədiyi anti-Rusiya siyasətini yumşaltmaqdadır. Bu hakimiyyətin qətiyyən siyasi prinsipləri yoxdur, özləri də etiraf ediblər ki, “izm”ləri rəhbər tutmurlar, ona görə də bu baxımdan problem yoxdur - bu gün qərbpərəstdirlər, sabah rusiyapərəst. Paşinyan da anlayır ki, payızda isti gəlişmələr gözlənilir, Rusiya ilə münasibətlərin korlanması onun və komandasının gələcək fəaliyyəti üçün təhlükəlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər