2 Sentyabr 16:57
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tarix dərsləri zamanı baş verənlər dövlətimizin gələcək varlığı üçün ciddi problemdir. Biz isə dövlət və xalq olaraq sadə bir suala cavab verməliyik ki, Ermənistan nə üçündür?

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Sisiyan şəhərində yeni açılmış məktəbin müəllim və şagirdləri ilə görüşündə deyib.

“Ermənistan Respublikası bizə görə daha böyük vətən və daha böyük dövlətə sahib olmaq və ya vətəndaşlarımızın rifahını təmin etmək üçündür? Məncə, məntiqlə bu rifah təhlükəsizlik, ədalət və qanuniliklə mümkündür. Bura həm də vətəndaşların xoşbəxt olmaq hüququ daxildir və biz dövlət olaraq bunu təmin etməliyik”, - baş nazir vurğulayıb.

Nikol Paşinyan bu il parlamentdəki çıxışlarından birində tarix dərsliklərinin düzgün tərtib edilmədiyini açıqlamışdı. Xüsusən də qonşu ölkələrə məxsus məsələlərin Ermənistana aid edilməsi kontekstində. Söhbət əsasən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından gedir. Məsələn, Ermənistanın ən yüksək dağının Ağrı dağı (Türkiyə) kimi kitaba salınmasına etiraz etmişdi. Paşinyanın sözlərinə görə, ölkəsinin ən hündür dağı “Ararat” adlandırdıqları Ağrı yox, Araqatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər