29 Avqust 10:56
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan ancaq Rusiyanın aşağı ranqlı rəsmilərinə cavab verə bilir, böyüklərə gələndə susur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşr Ermənistan hökumətinin hələ də erməniləri aşağılayan Belarus Prezidenti Aleksandr Lukaşenkoya cavab vermədiyini qeyd edir:

“Yəqin ki, hakimiyyət Aleksandr Lukaşenkonun “ermənilər heç kimə lazım deyil” fikri ilə razılaşır, əks halda Batkanın qalmaqallı bəyanatından təxminən 10 gün keçsə də, hansısa dairədən rəsmi cavab səslənəcəkdi.

Belarus prezidenti avqustun 20-də verdiyi müsahibədə belə demişdi: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, resurslarını istiqamətləndirsinlər. Nə Fransa, nə Makron - sabah onlar olmayacaq, hamı Ermənistanı unudacaq”.

Lukaşenko onu da söylədi ki, hamımız Rusiya ilə eyni gəmidəyik: “Əgər bu gəmi çevrilsə, birlikdə batacağıq”.

Ermənistan hakimiyyətinin susqunluğu təəccüblü görünür. Onlar ancaq Rusiyanın aşağı ranqlı fiqurlarına, məsələn, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün (Mariya Zaxarova) hansısa bəyanatına ildırım sürəti ilə reaksiya verirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər