ABŞ-da azərbaycanlılara qarşı terror aktı törətmək istəyən erməniəsilli keçmiş tələbə Aram Brenson axtarışa verilib.
Teleqraf.com xəbər verir ki, o, Çikaqo Universitetində təhsil alan azərbaycanlıların qaldığı yataqxanaya bomba qoymağa cəhddə ittiham olunur.
21 yaşlı A.Bransonun çantasında partlayıcı olması səbəbindən "Loqan" Beynəlxalq Hava Limanında həyəcan siqnalı işə düşüb. Amma o, hadisə yerindən qaça bilib.
A.Bransonun Ermənistanın paytaxtı İrəvanda yaşadığı və bu ölkədəki Amerika Universitetində təhsil aldığı güman edilir.
İttihama görə, A.Branson bu bombadan azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.