4 Sentyabr 21:45
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı ritorikası dəyişməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Sərkis Xandanyan Paşinyanın Rusiyaya münasibətinin yumşalması ilə bağlı iddiaya cavabında deyib.

“Ermənistan-Rusiya münasibətlərinə dair çoxlu suallar var, bunları dəfələrlə qaldırmışıq. Amma düşünmürəm ki, ritorika hansısa şəkildə dəyişib. Bəli, elə məsələlər var ki, onların üzərində qəti mövqe bildirmişik, elə məsələlər də var ki, onların üzərində anlaşma, tərəfdaşlıq münasibətləri mövcuddur. Düşünmürəm ki, burada hansısa hadisələr baş verib, bunun nəticəsində ton və ya ritorika dəyişib, xüsusən də baş nazirdə.

Elə məsələlər var ki, Ermənistanın Rusiyaya hələ də sualları var və olub, bəlkə də bunlarla bağlı bizim tərəfdən kəskin şərhlər olacaq”, - deputat bildirib.

Xandanyanın sözlərinə görə, Ermənistanda sual yaradan əsas məsələ Rusiyanın təhlükəsizlik və müdafiə münasibətlərində, o cümlədən KTMT çərçivəsində öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır.

Siyasətçi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə istinadla bildirib:

“Rusiyada təkcə diplomatik yox, həm də həyati etika qaydalarını davamlı şəkildə pozan məmurlar var. Ötən dövr ərzində Ermənistana qarşı bir sıra hörmətsiz ifadə və şərhlər olub və bunlara cavab verilib”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın 10 noyabr bəyanatının Zəngəzur dəhlizi ilə bağlı bəndini pozması ilə bağlı sərt ittihamına gəlincə, erməni deputat söyləyib:

“Tərəflər 10 noyabr sənədindən danışanda onu bütövlükdə nəzərdən keçirməli, kimin nə etdiyi və nə etmədiyini anlamalıdırlar. Həmin sənəddə Ermənistanın həyata keçirmədiyi bir məqam yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər