6 Sentyabr 19:26
6 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasında iştirak üçün sentyabrın 9-da Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.

Qeyd olunur ki, bunun üçün Ermənistan sərhəd təhlükəsizliyi, miqrasiya, səyahətlə bağlı fundamental hüquq və azadlıqlara hörmət kimi əsas sahələrdə islahatlar həyata keçirməlidir.

Rəsmi Prezident Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Xatırladaq ki, iyul ayında AB xarici işlər nazirləri Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər