3 Sentyabr 17:25
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun tələbi ilə Ermənistanda saxlanılan Diana Moisenko azadlığa buraxılsa da, hələ də ölkəni tərk edə bilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Moisenko sentyabrın 2-də Gürcüstan-Ermənistan sərhədində saxlanılıb, sonra Noyemberyan şəhərinin polis bölməsinə aparılıb.

“Məni bir idarəyə, sonra o birinə apardılar, dedilər ki, məlumat yaymağa ixtiyarı yoxdur. Biri gəlib söylədi ki, axtarışdayam. Məni yerli polisə apardılar. Orada protokol imzaladın məhkəməyə qədər 72 saat həbsdə qalacağımı bildiriblər. Şokda idim”, - belaruslu qadın qeyd edib.

Diananın sözlərinə görə, elə həmin gün buraxılıb, sentyabrın 3-də isə İrəvana vəkilin qəbuluna gedəcək: “Nəzəri cəhətdən məni ekstradisiya edə bilməzlər, amma qorxuram ki, Belarusdan təhlükəsizlik orqanlarının əməkdaşları gəlib məni aparsınlar. Bunun nə dərəcədə real olduğunu bilmirəm. Ona görə də artıq Ermənistandan siyasi sığınacaq istəmişəm”,

Diana niyə Belarus tərəfindən axtarışa verilməsinə də aydınlıq gətirib:

“Mənim atamın işində iştirak etdiyim iddia edilir, orada yazılıb ki, atamla mən sui-qəsd hazırlamışıq və Belarus hakimiyyətinə qarşı aksiyalarda birlikdə iştirak etmişik”.

Moisenko keçmiş siyasi məhbus Andrey İvanyuşinin qızıdır. O, 2023-cü ildə Belarusu tərk edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər