4 Sentyabr 11:47
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin İrəvana mümkün səfərinə hazırlaşmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Roma Statutunu imzalayan Monqolustanda Putin təntənəli mərasimlə qarşılandı. Amma Rusiya prezidentinin həbsi ilə bağlı dəhşətli əhvalatlar danışmaq üçün həmin ölkənin hökuməti içindən bir “Qaqik Melkonyan” çıxmadı. Əlbəttə, Qərb Monqolustanı “qorxuducu” bəyanatlarla hədələyir, amma bu mesajların əməli müstəvidə heç bir dəyəri yoxdur.

Monqolustan Putinin “toxunulmazlığı” üçün presedent yaratdı. Yaxşı olar ki, Nikol Paşinyan hökuməti Putin “monqol presedenti”ni Ermənistanda təkrarlamaq qərarına gələrsə, Qərbə hansı arqumentləri təqdim edəcəyi barədə düşünsün”, - ekspert bildirib.

Rusiya liderinin Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü olan Monqolustana səfəri dünyada müzakirələrə səbəb olub. Ukrayna və Avropa Birliyi rəsmi Ulan-Batrodan Putini həbs etməsini tələb edib. Çünki BCM ötən il Ukraynadakı müharibəyə görə Rusiya dövlət başçısının həbsinə order verib.

Qaqik Melkonyana gəlincə, o, Ermənistanın hakim partiyasının deputatıdır. Melkonyan bundan öncə dəfələrlə Ermənistana səfər edəcəyi təqdirdə Putinin həbs oluna biləcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər