11 Dekabr 2020 23:24
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Rusiya sülhməramlılarının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Mehri rayonunda olub.

Belə ki, İrana məxsus dövlət seriya nişanlı yük avtomobili Rusiya hərbçiləri üçün ərzaq daşıyan “KamAZ”la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki hərbçi yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Rusiyanın Müdafiə Nazirliyi hələ xəbəri təsdiqləməyib./Report/


Müəllif: Teleqraf.com