15 Dekabr 2020 11:55
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikolun xalq dəstəyindən istifadə etdiyini deyənlər xalqın ləyaqətini təhqir edirlər, çünki xalq onun yanında deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Daşnaksütyun” partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan deyib.

“Xalqımız ölkəni satan bu adamı qəbul edə və dözə bilməz. Ona “şüşə tutan” Andranik Köçəryan və bir neçə nəfər dəstək olur”, - Saqatelyan bildirib.

O, Baş nazir Nikol Paşinyanı “saxtakarların lideri” hesab etdiyini söyləyib: “Bu ölkədə ilk dezinformasiya yayan Nikoldur, o, yalanın kralıdır. Öz xoşu ilə getməsə, zorla vəzifəsindən azad ediləcək”.

İşxan Saqatelyan baş nazir tərəfindən dekabrın 19-da Ermənistanda üçgünlük matəmin elan edilməsinə də diqqət çəkib: “Nikol elə bir ləyaqərsizdir ki, müxalifətin mitinqinin təyin olunduğu gün matəm elan etdi. Hətta matəmdən də öz siyasi məqsədləri üçün istifadə edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər