16 Dekabr 2020 22:34
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Noyabrın 13-dən Qarabağda həlak olmuş 892 erməni hərbçisinin meyiti aşkarlanıb".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Fövqəladə Hallar Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan “Sputnik Armenia”ya açıqlamasında deyib.

Tadevosyan bildirib ki, bu günə kimi 892 hərbi qulluqçunun meyitini tapmışıq:

"Son günlərdə barışıq rejiminin pozulmalarına görə iş dayandırılıb. Amma dünən axtarışlar Cəbrayıl, Füzuli və Qaraxanbəyli ərazisində davam etdirildi. Bu gün onlar Cəbrayılda və Füzulidə davam etdilər. Eyni zamanda işlər Zəngilanda da davam etdiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər