23 Dekabr 2020 17:37
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup etirazçı hökumət binasından çıxan zaman Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejinin önünü kəsməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu zaman Daşnaksütyun Partiyasının fəalları “Nikol xaindir”, “Nikol get” şüarları səsləndirməyə başlayıblar.

Polis isə nümayişçilərin hökumət binası yaxınlığına keçməsinə icazə verməyərək, hərəkətlərinə maneə olmağa çalışıb.

Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Polis Daşnaksütyun Partiyasının gənclərindən səsgücləndiricinin səsini aşağı salmağı tələb edib.

Gənclər isə konstitusiyaya uyğun olaraq həmin ərazidə bir saat gəzmək hüquqları olduğunu bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər