27 Dekabr 2020 22:55
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar milli ləyaqətlərini qorumaq üçün buraya toplaşıblar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müxalifətinin baş nazirliyə namizədi Vazgen Manukyan bu gün Surb Qayane Kilsəsinin həyətində jurnalistlərə verdiyi açıqlamasında deyib.

Manukyan Nikol Paşinyan iqtidarını kilsəyə təzyiq göstərməkdə ittiham edib:

“Kilsəyə qarşı kampaniya yeni deyil. Bəziləri bu kampaniyaya görə kənardan pul alırlar”.

O, bu aksiyanın hakimiyyətin kilsəyə qarşı təzyiqlərinə etiraz olaraq təşkil edildiyini bildirib.

Xatırladaq ki, Surb Qayane Kilsəsinin həyətinə toplaşan bir qrup Ermənistan vətəndaşı bütün ermənilərin katolikoslarına və Erməni Apostol Kilsəsinin ruhanilərinə dəstək olmaq üçün aksiya keçirib. Hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar Baş nazir Paşinyandan kilsələrə təzyiqlərə son qoymağa çağırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər