İrəvanda ikinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbi qulluqçuların yaxınları hökumət binasının qarşısında etiraz aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, itkin düşən erməni hərbçilərinin yaxınları hökumətdən itkin düşənlərin tapılması üçün təcili addımların atılmasını tələb edirlər.
Bundan əvvəl isə Azərbaycanda olan əsirlərin yaxınları Rusiyanın İrəvandakı səfirliyinin önündə aksiya keçirərək Ermənistan rəhbərliyinin hərəkətsizliyindən gileyləniblər.