15 Fevral 2021 10:30
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bu ölkənin “Exe Start Out” ixracat şirkətinin direktoru Rza Bünyadi və sözügedən qurumun idarə heyətinin üzvü Acar Səidnejadla görüşüb.

Teleqraf.com xəbər verir ki, tərəflər mövcud İran-Ermənistan iqtisadi əlaqələrini, inkişaf imkanlarını və İrəvanda nümayəndəlik açma məsələsini müzakirə ediblər.

İqtisadi proqramları yerindəcə müzakirə etmək üçün şirkət nümayəndələrinin Ermənistana səfərinin təşkili barədə razılıq əldə edilib.

Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri İrana səfərinin ardından iki ölkə rəhbərliyinin ticarət dövriyyəsini 400 milyon dollardan yaxın 6 ayda ən azı 1 milyard dollara çatdırmaq barədə razılığa gəldiklərini açıqlayıb.

Qeyd edək ki, indi İrandan Ermənistana maye qaz və neft məhsulları, polimerlər, sement, armatur, polad məmulatları və digər tikinti materialları, habelə tərəvəz və meyvələr gətirilir. Ermənistandan İrana az miqdarda elektrik enerjisi, həmçinin qoyun əti verilir.

Onu da əlavə edək ki, ötən il ABŞ hökuməti İran şirkətləri ilə əməkdaşlığa görə Ermənistanın iki şirkətinə sanksiya tətbiq etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər