Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş prokurorun müşaviri Gor Abramyan açıqlama verib.
Xatırladaq ki, Narek Sərkisyan silah, narkotik və fırıldaqçılıq ittihamları üzrə açılmış cinayət işi çərçivəsində axtarışa verilib. O, eyni zamanda, “adam oğurluğu” maddəsi ilə ittiham olunur.
İnterpol onu 2018-ci ilin dekabrında Franklin Qonzalez adına pasportla gizləndiyi Praqada tapıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil vermək barədə razılığa gəlib.
2019-cu ilin dekabrında İrəvana aparılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Lakin ötən il noyabrın 13-də məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.