Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub.
Teleqraf.com xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, atışma səbəbilə Zod qızıl mədənindən 150 işçi təxliyə edilib.
Qeyd edək ki, Zod qızıl yatağının bir hissəsi işğaldan azad edilərək Azərbaycanın nəzarətinə keçib.