19 Sentyabr 2021 22:14
2 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkənin Ermənistan seqmentində İrəvanda Türkiyə vətəndaşı olan 2 turistin saxlanılması haqda informasiyalar yayılıb.

Teleqraf.com xəbər verir ki, İrəvandakı bir qızıl dükanına girənləri "Azərbaycan casusları" zənn edən ermənilər polisə zəng ediblər.

Ermənistan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, "casus" şübhəsi ilə polisə zəng edilib. Hadisə yerinə gələn polis oradakı əcnəbilərin İrandan gəlmiş şəxslər olduğunu müəyyənləşdirib. Şəxslər polis bölməsinə aparılıb. Onlar dindirildikdən sonra sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər