Ermənistana səfər edən Gürcüstanın Müdafiə naziri Juanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda qondarma erməni soyqırımı abidəsinə əklil qoyub.
Teleqraf.com xəbər verir ki, nazir bundan sonra İrəvandakı qondarma erməni soyqırımı muzeyinə də baş çəkib.
Nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Araik Arutyunyan müşayiət edib.