28 Avqust 2023 19:29
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ordusunda “dedovşina”, hərc-mərclik hökm sürür”.

Teleqraf.com xəbər verir ki, bu fikri özünün “Facebook” səhifəsində keçmiş jurnalist Voskan Sarkisyan yazıb.

O, yazısında Ermənistan ictimaiyyətinə səslənərək bildirib ki, hərbi hissələrdə özbaşınalıq, hərbi nizamnamədən kənar münasibətlər hökm sürür və Ermənistan ordusu qeyri-döyüş şəraitində itkilər verməkdə davam edir.

“Orduda xidmət edərkən komandirini bıçaqlayan və bu səbəbdən həbsdə yatan Suren Papikyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyi matəm nazirliyinə çevrilib.
Oğullarını orduya göndərən əsgər valideynləri, övladlarınızı qoruyun, Müdafiə Nazirliyi bu işin öhdəsindən gələ bilmir”, - jurnalist qeyd edib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi bu gün açıqlama yayaraq hərbi hissədə iki hərbçinin ölümünə aydınlıq gətirib.

Məlum olub ki, hərbçilərin ölümü onların arasında olan qeyri-nizamnamə davranışları nəticəsində baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər