27 Sentyabr 2023 13:33
13 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yüksək texnologiyalar sənayesi naziri Robert Xaçaturyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdullah əl-Məzruinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşə BƏƏ-nin Ermənistandakı səfiri Nəriman Məhəmməd Şərif əl-Mulla da qatılıb.

Xaçaturyan ümidvar olduğunu bildirib ki, BƏƏ nümayəndə heyətinin səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verəcək və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək.

Abdullah əl-Məzrui qeyd edib ki, BƏƏ nümayəndə heyəti Ermənistana iki ölkənin özəl sektorları arasında işgüzar əlaqələrin inkişafına kömək etmək üçün gəlib. O, həmçinin ikitərəfli işgüzar əlaqələrin və xüsusilə texnoloji sektorda əməkdaşlığın inkişafında Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin əsas rolunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər