Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Roma Statutunu qəbul etməsi Rusiyadan uzaqlaşmaq tendensiyasının tərkib hissəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Təəssüf ki, bu hərəkət son zamanlar inkişaf edən tendensiyaya uyğun gəlir. İrəvanın Rusiyadan uzaq durmaq üçün getdikcə daha nümayişkaranə addımlar atdığını görürük. Əminəm ki, tarix hər şeyi öz yerinə qoyacaq. Uzaqdan hansısa himayədar axtarışı və kiminsə xoşuna gəlmək istəyi Rusiya və Ermənistan xalqları arasında əsrlər boyu formalaşmış nadir tarixi dostluq və qarşılıqlı anlaşma bağlarını qırmayacaq”, - Ryabkov əlavə edib.