Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Fransa müdafiə naziri Sebastyan Lekornünün dəvəti ilə Suren Papikyan oktyabrın 22-də Fransaya səfər edib.
Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü “Le Parisien” saytına müsahibəsində bildirib ki, oktyabrın 22-də Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.