KTMT-nin heç bir tədbirində iştirak etməmək, eyni zamanda KTMT-dən çıxmadıqlarını bəyan etmək nə deməkdir? “Demarş” dedik, dedilər yox, demarş deyil, dedik, çıxırsınız, dedilər, çıxmırıq. Bütün bunların adı nədir?
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Rustamyan deyib.
“Aşkar demarş aparılır, bu, Ermənistan hakimiyyətinin bu gün həyata keçirdiyi məntiqlə eynidir. Hakimiyyət anlayır ki, Rusiya ilə düşmənçilik etsək, çox pis olacaq. Ermənistan hər tərəfdən oriyentasiya problemi ilə üzləşəcək. Vəziyyətimiz pisləşir. Qərb deyəcək: ya mənimləsən, ya mənə qarşı, Rusiya deyəcək: ya mənimləsən, ya da mənə qarşı. Bu gün geosiyasi vəziyyət buna gətirib çıxarıb, “həm-həm də” düsturunu həyata keçirmək mümkün olmayacaq”, - deputat bildirib.