22 Noyabr 2023 18:58
4 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Fransaya məxsus “Bastion” zirehli texnikası ilə təmin edilməsinin üstünlükləri ilə bağlı arqumentlər çox sadəlövh görünür.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu texnikalar Ukraynada real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdiriblər. Yaxşı, bilmirəm, sadəcə nümayiş etdirilsəydi, bəlkə də məntiqli olardı. Effektivliyinə baxmaq istəsəniz, buyurub gələ bilərsiniz, hərbçilərimiz sizə deyəcək.

Bu, Parisin səyləri baxımından hansı anlama gəlir? Fransa sadəcə İrəvana yararsız texnikalar satıb, çünki başqa yerlərə sata bilmədi. Bu satın almanın Ermənistanın suveren ərazisinin təhlükəsizliyini tam olaraq necə gücləndirə biləcəyi sirr olaraq qalır. Onu da qeyd edim ki, sənayenin müxtəlif sahələrindən hərbi texnikaların toplanması heç vaxt müdafiə qabiliyyətinin artırılmasına töhfə verməyib”, - Rusiya rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər