KTMT baş katibi İmanqali Tasmaqambetov hərbi blokun Minskdə keçirilən sammitdən sonra bu gün İrəvana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
“KTMT baş katibi sammitdə imzalanacaq sənədləri İrəvana gətirəcək ki, Ermənistan da onlara qoşulsun”, - məlumatda deyilir.
Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü iclasda iştirakdan imtina edib.