24 Noyabr 2023 17:25
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya pulunu ödədiklərini, amma hələ də silahları çatdırmadıqlarını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Paşinyan məsələnin müzakirə olunduğunu deyib.

“Əlbəttə, belə problemlər var. Bu problemin həlli mexanizmləri ilə bağlı müzakirələr gedir. Variantlardan biri ödənilmiş pulun məbləği ola bilər, məsələn, Ermənistanın Rusiyaya olan borcunun azaldılması. Yeganə variant deyil, variantlardan biridir”, - baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Rusiyanın özünə də silah lazımdır:

“Ümid edirəm ki, müzakirələr konkret nəticələr verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər