27 Noyabr 2023 16:41
7 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lars keçid məntəqəsində yaranmış vəziyyət Ermənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliklə əlaqəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Artur Xaçaturyan deyib.

Onun sözlərinə görə, Rusiyanın bu addımı müəyyən mesajı ehtiva edir, problem təkcə KTMT-də deyil, başqa bəyanatlar da verilib.

“Görünən odur ki, Paşinyan nə qədər Rusiya ilə münasibətlərin çox yaxşı olduğunu desə də, Putinlə yaxşı münasibətinə işarə vursa da, əslində vəziyyət çox gərgindir, bu, ictimai atmosferə təsir etməyə bilməz. Aydın məsələdir ki, hakimiyyətin ictimai rəyi formalaşdırmaq qabiliyyəti çox yüksəkdir, nəhəng təbliğat resurslarına malikdir”, - Xaçaturyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər