28 Noyabr 2023 20:37
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı separatçı rejimin “Müdafiə Ordusunun” keçmiş komandanı Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, o, xidməti səhlənkarlıqda ittiham olunur.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra C.Arutyunyana qarşı cinayət işi açılmışdı.

İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər