Moskva İrəvanı müttəfiq hesab edir, onunla dostluq münasibətlərini inkişaf etdirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramını imzalamasını belə şərh edib.
“Ermənistan suveren ölkədir və uyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla münasibətlərimiz var. Əlbəttə, Ermənistan dost ölkədir, müttəfiqimizdir. Müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, - Kreml nümayəndəsi bildirib.