2 Dekabr 2023 13:26
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Baş nazir Nikol Paşinyandan Ermənistan hökumətindəki Rusiya agentlərini hakim komandadan uzaqlaşdırmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Məlumata görə, bəzi Qərb ölkələri və qurumları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı “Rusiya casusu” hesab edərək, vəzifəsindən azad edilməsini tələb edirlər. Məsələ budur ki, son aylarda Ermənistanın yüksək rütbəli rəsmiləri KTMT və MDB-nin bütün tədbirlərini nümayişkaranə şəkildə rədd edərkən, Qazaryan sentyabrda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasına qatılıb.

Rəsmi dairələrdən öyrəndik ki, Paşinyan bu tələbə müqavimət göstərir, çünki Qazaryan onun sinif yoldaşıdır və nüfuzundan bəhrələnir”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər