5 Dekabr 2023 13:20
4 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin Parlament Assambleyası Şurasının dekabrın 19-da Moskvada keçiriləcək sessiyasında iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni spikerin mətbuat katibi Tsovinar Xaçaturyan məlumat verib.

“Ermənistan parlamentinin nümayəndə heyəti də sessiyalarda iştirak etməyəcək. Parlamentin spikeri Alen Simonyan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı rəsmi məktubla Moskvaya getməyəcəyini yazılı şəkildə təsdiqləyib”, - sözçü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər