5 Dekabr 2023 16:09
8 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Hindistan Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlıq edir, bu çərçivədə Ermənistanla da işləməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bunu Hindistanın Ermənistandakı səfiri Nilakşi Saxa Sinxan deyib.

“Hindistan hökuməti Şimal-Cənub dəhlizinin bir hissəsi ola biləcək Çabaxar limanının inkişafı layihəsinə start verib. Ermənistan həmin layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib.

Ermənistanın dənizə çıxışı olmadığını nəzərə alaraq, Çabaxar limanından istifadə etmək və asılılığını azaltmaq istəyini alqışlayırıq. Hindistan Ermənistanın yol infrastrukturunun inkişafında iştirak etməyə hazırdır”, - səfir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər