Ermənistanın 2024-cü il üçün müdafiə xərcləri ÜDM-lə müqayisədə 0.3 faiz azaldılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Artur Xaçaturyan məlumat verib.
Deputat müzakirələrdə iştirak edən maliyyə naziri Vahe Ovannisyana belə bir ritorik sual ünvanlayıb:
“Niyə? Artıq qorunan və sülhsevər dövlət olmuşuq?”.
Xaçaturyana cavab verən nazir qeyd edib ki, bu, bir çox fərqli hallarla bağlıdır.