Ermənistan Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib.
İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Paşinyan Qazaxıstan prezidentini Ermənistana rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.