Fransada məhkəmə Rusiyada yaşayan erməni iş adamı, “Tashir Group”un sahibi Samvel Karapetyanın şəxsi malikanəsinə həbs qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Le Monde” yayıb.
Nəşr yazır ki, daşınmaz əmlak rəsmi olaraq Karapetyana məxsus olsa da, Paris prokurorluğuna görə, əsl benefisiar “Qazprom”un törəmə şirkəti “Qazprom Neft”dir.
Obyektin dəyəri 120 milyon avrodur.
“Le Monde” əlavə edir ki, Qərbdən Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra bu, Fransa üçün Rusiya kapitalı ilə bağlı aktivlərin ən böyük müsadirəsidir.