22 Fevral 17:17
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa bu gün Ermənistana müdafiə silahlarının növbəti partiyasını göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” yayıb.

Qeyd olunur ki, silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxildir.

Tərəflər bu barədə 2023-cü ildə razılığa gəliblər. Bu il Fransa və Ermənistan silahlı qüvvələri arasında hərbi təlimlər də planlaşdırılır.

Nəşr yazır ki, radiolokasiya stansiyaları düşmən təyyarəsini 250 km məsafədə aşkarlamağa imkan verir.

Fransa Ermənistana ilk partiyanı ötən ilin son aylarında göndərib. “Bastion” tipli texnikalar Gürcüstan üzərindən daşınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər